Nəsrullahı İran casusu SATIB?

 17:25 29.09.2024     81

Hizbullah lideri Həsən Nəsrullaha sui-qəsd edilməzdən əvvəl İsrail onun cümə günü Beyrutun cənub rayonuna gəlişi ilə bağlı məlumatı İran casusundan alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti Livan təhlükəsizlik orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

“Nəsrullahın gəlişi ilə bağlı israillilərə iranlı casus tərəfindən məlumat verilib”, - mənbə bildirib.

Nəşr qeyd edib ki, Nəsrullahın öldürülməsi 2006-cı ildən bu yana keçirilən ən böyük əməliyyat olub.