İsrail Hudeydə limanını BOMBALADI
İsrail aviasiyası üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Yəmənin Hudeyda dəniz limanına aviazərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Əl-Cəzirə” telekanalı bildirib ki, hücum nəticəsində liman terminalındakı neft çənlərindən biri yanıb.“Al Mayadeen” telekanalı isə İsrail təyyarələrinin limana ondan çox zərbə endirdiyini yayımlayıb. Qeyd edilib ki, husilər elektrik stansiyası və limandan İran silahlarını və neftini regiona göndərmək üçün istifadə edir.