İsrail digər ölkələrə də hücum edəcək - Pezeşkian

 23:55 29.09.2024     50

İran Prezidenti Məsud Pezeşkian Livanı tək qoymamağa çağırıb, əks halda İsrailin Yaxın Şərqdəki digər ölkələrə hücuma başlayacağı ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

“Biz Livan döyüşçülərinin tək qalmasına və qaniçən rejimin (İsrail) növbə ilə "Müqavimət oxu"nun digər ölkələrinə zərbə endirməsinə icazə verə bilmərik”, - deyə Pezeşkian vurğulayıb.