İsrail ordusu 5 fələstinlini həbs ETDİ

 10:05 30.09.2024     60

İsrailin İordan çayının qərb sahilində davam edən reydləri zamanı 5 fələstinli saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinin şərq və qərb məhəllələrinə, eləcə də toqquşmaların baş verdiyi şərqdəki Əsgər qaçqın düşərgəsinə basqın edib. Nəticədə 5 nəfər saxlanılıb.

Türkan İSGƏNDƏRLİ