İsrail Hizbullaha qarşı strategiyasını dəyişdi

 11:07 30.09.2024     60

İsrail şiə Hizbullah hərəkatı ilə mübarizədə strategiyasını dəyişərək, indi qabaqlayıcı zərbələr endirir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, yəhudi dövləti strategiyasını “təbəqəsiz zərbələr”dən hədəfləri raket anbarları, buraxılış məntəqələri və Hizbullah hərbi liderləri olan qabaqlayıcı kampaniyaya dəyişib.

Qeyd edilir ki, İsrail xüsusilə müttəfiqlərinin məsləhətinə baxmayaraq, atəşkəs çağırışına məhəl qoymayıb. 

Türkan İSGƏNDƏRLİ