Putin 133 min nəfərin orduya çağırılması haqqında fərman İMZALADI
![](https://img.redaktor.az/news/2024/09/photo_255769.jpg?v=MjM6MTcyMDI0LTA5LTMwIDE0OjA3OjQy)
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, payız çağırışı fərmanı ilə oktyabrın 1-dən dekabrın 31-dək 133 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahı bəyan edib ki, çağırış vərəqələri kağız şəklində göndəriləcək. Oktyabrın 15-dən çağırışçıların toplanış məntəqələrindən xidmət yerlərinə göndərilməsi planlaşdırılır.