II Elizabetdən qalan hədiyyələr hərraca ÇIXARILACAQ

 16:29 30.09.2024     91

22 il Kraliça II Elizabetin qulluqçusu olan qadın hədiyyələrini hərracda satmalı olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, June Guerin 1970-ci illərdə kral ailəsində işə düzəlib. O, II Elizabetin ona yaxşı münasibət bəslədiyini və səyahətlərində onu özü ilə apardığını söyləyib. Keçmiş qulluqçu Elizabetin əri Şahzadə Filiplə Şotlandiya ölkəsi rəqsini oynamağı necə sevdiyindən də bəhs edib.

Guerin 1990-cı illərin ortalarında təqaüdə çıxıb. Onun indi 87 yaşı var və demensiya xəstəsidir. Guerin qocalar evində yaşayır. Yaşlı qadının müalicəsi üçün pul lazımdır. Bu səbəbdən ailəsi Guerin Şahzadə Filip və II Elizabetdən aldığı 24 Milad kartını hərraca çıxarmaq qərarına gəlib. Kartların ümumi dəyəri 6 min funt sterlinq olaraq qiymətləndirilir.

Sevinc İBRAHİMZADƏ