Macarıstan Ukraynaya enerji təchizatına görə xəbərdarlıq ETDİ

 17:18 30.09.2024     77

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna rəhbərliyindən ölkənin enerji təchizatını daha da təhlükəyə atmamağı xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.

“Macarıstan Ukraynaya enerji tədarükünü təmin etdiyi kimi, Kiyev də gələcəkdə ölkəmizin enerji təchizatını təhlükə altına qoya biləcək birtərəfli, kəskin addımlardan çəkinməlidir”, - nazir deyib.

Xatırladaq ki, iyulun 17-də Ukrayna “Lukoyl” neftinin Kiyevin “qara siyahı”sına düşməsi səbəbindən öz ərazisindən Macarıstan və Slovakiyaya tranzitini dayandırıb. Sentyabrın əvvəlində Macarıstanın MOL enerji konserni Aİ və Ukraynanın mövcud sanksiyalarına uyğun olaraq Rusiya neftini Drujba kəməri ilə Macarıstan və Slovakiyaya tədarük etməyə razılaşıb.

Türkan İSGƏNDƏRLİ