Mişustin İran rəsmiləri ilə görüşdü

 17:23 30.09.2024     91

Rusiyanın baş naziri Mixail Mişustin İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar zamanı Rusiya hökumətinin başçısı bəyan edib ki, Moskva Tehranla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.

Görüşdə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref də iştirak edib. O bildirib ki, İran Rusiya ilə münasibətləri gücləndirməyə ciddi yanaşır. 

Vitse-prezidentin sözlərinə görə, Rusiya ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir. O qeyd edib ki, Qərbin sanksiyalarına qarşı müqavimətdə iki ölkənin ümumi təcrübəsi və onları neytrallaşdırmaq üçün əməkdaşlığa ehtiyac Tehran və Moskvadan bütün səviyyələrdə dostluğu tələb edir.

“Biz vurğulayırıq ki, dostumuz Rusiya Federasiyası ilə regional əməkdaşlıq bütün sahələrdə gücləndirilməlidir. Biz rus dostlarımızla hətta Zəngəzur nəqliyyat dəhlizi kimi mübahisəli məsələlərdə də işləməliyik”, - o vurğulayıb.

Sevinc İBRAHİMZADƏ