İsrail bölgələrini qorumaq üçün hər şeyi etməlidir

 17:33 30.09.2024     184

Ölkə Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra şimal sakinlərinin evlərinə təhlükəsiz qayıtması üçün bütün lazımi vasitələrdən istifadə edəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

"Nəsrullahın aradan qaldırılması çox mühüm addımdır, lakin bununla da bitmir. Biz havadan, dənizdən və qurudan nə lazımdırsa istifadə edəcəyik. Əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Nə etmək lazımdırsa, ediləcək. Məqsədimiz şimal xalqını öz evlərinə qaytarmaqdır”, - yüksək müdafiə rəsmisi bildirib.

Türkan İSGƏNDƏRLİ