Macarıstan müharibədə Ukraynanı DƏSTƏKLƏYİR

 17:40 30.09.2024     77

Macarıstan hakimiyyəti Ukrayna münaqişəsinin həllinə töhfə verəcək istənilən təşəbbüsləri dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Peter Siyarto deyib.

"Macarıstan sülhə mümkün qədər tez nail olmaq imkanlarını açan bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Budapeşt münaqişənin “danışıqlar və diplomatiya yolu ilə” sona çatmasına kömək edəcək istənilən təşəbbüsün tərəfindədir", - nazir qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində Çin-Braziliyanın “Sülh dostları” təşəbbüsünün Macarıstanın Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərinin davamı olduğunu bildirib.

Türkan İSGƏNDƏRLİ