ABŞ Livandakı qırğınlarda İsrailə dəstək verir

 17:46 30.09.2024     72

Amerika Birləşmiş Ştatları Livana təcavüzünü davam etdirmək üçün İsrailə hərbi dəstək verir.

Redaktor.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibinin müavini Naim Qasim bildirib.

"ABŞ İsrailə Livanda qırğınlar törətməkdə kömək edir, İsrail əsgərlərinin Livan torpaqlarına və mülki insanlara hücum etmək üçün istifadə etdiyi ölümcül silahlarla təmin edir. Livana qarşı qəddar təcavüzə əl atmaqla, onlar öz məqsədlərinə çatmayacaqlar", - o deyib.

Qasim qeyd edib ki, Hizbullaha 2006-cı ildəki müharibədə olduğu kimi uğur qazanacaq.

Türkan İSGƏNDƏRLİ