İsrailin azad etdiyi 12 fələstinlinin üzərində işgəncə izləri TAPILDI

 19:42 30.09.2024     55

İsrail ordusunun Qəzza zolağında əsir götürdüyü 12 fələstinlinin bədənlərində işgəncə izləri aşkarlanıb.

Redaktor.az xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinin şərqində yerləşən Kerem Əbu Səlim Sərhəd Qapısı vasitəsilə daha əvvəl nəzarətə götürdüyü 12 fələstinlini azad edib.

İrtail tərəfindən azad edilən 12 nəfər fələstinlinij bədəninij müəyyən hissələrində işgəncə izlərinə rast gəlinib. 

Seymur BƏNNAYEV