Berlində Fələstin tərəfdarlarının evlərinə basqın EDİLDİ

 21:14 30.09.2024     64

Berlin polisi Fələstin tərəfdarı olan dörd fəalın evinə basqın edib. Bu şəxslər Fələstinə dəstək üçün təşkil etdikləri nümayişlər zamanı cinayət törətməkdə ittiham olunurlar. Basqınlara səbəb oktyabrın 7-dən Berlində artan Fələstin tərəfdarı etirazlar olub.

Redaktor.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində polis bu gün səhər saatlarında dörd fəalın evinə basqın edib.

Berlin polisi və prokurorluq orqanlarının bildirdiyinə görə, bu dörd şəxs “Fələstin tərəfdarı fəaliyyət” yolu ilə cinayət törətməkdə ittiham olunur.

Yaşları 18-40 arasında olan şübhəlilər ictimai asayişi pozmaq, ictimaiyyəti təxribat törətmək və konstitusiyaya zidd təşkilatların simvollarından istifadə etmək kimi cinayətlərdə ittiham olunurlar.

Seymur BƏNNAYEV