Tiflisdən AŞPA-da Bakıya böyük DƏSTƏK

 22:00 30.09.2024     164

Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib.

Redaktor.az xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - Mikanadze deyib.

O, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.