İsrail istənilən vaxt Livana "məhdud torpaq işğalına" başlaya bilər - ABŞ

 22:43 30.09.2024     162

ABŞ rəsmisi ABŞ və İsrail arasında həftə sonu keçirilən danışıqlardan sonra bildirib ki, onlar İsrailin Livana hər an qurudan məhdud hücum edə biləcəyinə inanırlar.

Redaktor.az xəbər verir ki, CNN-ə danışan adı açıqlanmayan ABŞ rəsmisi İsrailin Livana qarşı davam edən hücumlarının gedişatını dəyərləndirib.

ABŞ rəsmisi bildirib ki, həftə sonu İsrail və Amerika rəsmiləri arasında aparılan danışıqlardan sonra "İsrailin Livanın cənubuna qarşı əvvəlcədən planlaşdırdığından daha məhdud quru əməliyyatı təşkil edəcəyinə və bunun hər an başlaya biləcəyinə inanırlar".

ABŞ rəsmisi İsrailin bu bölgədə Hizbullaha aid bəzi infrastruktur obyektlərini hədəf alacağını bəyan etdiyini və son bir neçə gündə artıq “kiçik basqınlar” etdiyini bildirib.

Rəsmi bölgədə məhdud bir hücumun daha böyük münaqişəyə çevrilmə potensialına malik olması ilə bağlı narahatlığını İsrail rəsmilərinə çatdırdıqlarını qeyd edib. 

Seymur BƏNNAYEV