Maneələrə görə Qəzzada yağışlı mövsümə hazırlaşa bilmirik - BMT

 22:48 30.09.2024     145

Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) bildirib ki, humanitar yardım təşkilatları İsrailin maneələri səbəbindən Qəzzada yağışlı dövr üçün lazımi hazırlıqları görə bilməyib.

Redaktor.az xəbər verir ki, OCHA məsələ ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda yağışlı mövsümün və mümkün daşqınların Qəzzada onsuz da çətin olan vəziyyəti daha da pisləşdirəcəyi xəbərdarlığı edilib və bunun sağlamlıq problemlərinə və daha çox yerdəyişmələrə səbəb ola biləcəyi qeyd edilib.

Açıqlamada, İsrailin Qəzzaya fasiləsiz girişi əngəllədiyi, bu səbəbdən yağışlı dövr üçün adekvat hazırlıqların görülə bilmədiyi bildirilib.

Xəbərdarlıq bəyanatında BMT və humanitar yardım təşkilatlarının qış dövrü üçün yeni plan hazırladığı bildirilib. Yardım planının həyata keçirilməsi üçün 242 milyon dollara ehtiyac olduğu qeyd edilib. 

Seymur BƏNNAYEV