İsrail Livan sərhədindəki ərazini qapalı hərbi zona elan ETDİ
İsrail ordusu Livan sərhədinə yaxın 3 yaşayış məntəqəsinin yerləşdiyi ərazini qapalı hərbi zona elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada: "Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi bölgələri qapalı hərbi bölgə elan edilib" , - deyə bildirilib.
Seymur BƏNNAYEV