İsrailin hücumları nəticəsində 1 milyondan çox livanlı evlərini tərk edib

 23:17 30.09.2024     90

İsrailin Hizbullah silahlı qruplaşmalarına qarşı əməliyyatı başlayandan bəri 1 milyondan çox Livan sakini, yəni respublika əhalisinin təxminən dörddə biri evlərini tərk etmək məcburiyyətində qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə fövqəladə hallara cavab mərkəzinin koordinatoru, ətraf mühit naziri Nasser Yasin məlumat verib.

"İsrailin Livana təcavüzünün yeddinci günündə təcridxanalardakı köçkünlərin sayı 157 mini keçib. Hesab edirik ki, 1 milyondan çox livanlı və ya ölkə əhalisinin təxminən dörddə biri öz evlərini tərk etmək məcburiyyətində qalıb", - Livanın "Al Wataniya" xəbər agentliyi rəsmiyə istinadla xəbər verir.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Hizbullah birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livandakı hərbi hədəflərə qarşı kütləvi hava hücumları həyata keçirir. Sentyabrın 27-də keçirilən zərbələrdən biri nəticəsində Beyrutda Hizbullah lideri Həsən Nəsrullah öldürülüb. Şiə hərəkatı onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəyə davam edəcəklərinə söz verib.

Turan İSMAYIL