Hizbullah Livan işğal olunarsa, İsrailə hücum edəcəyini bəyan ETDİ
Şiə Hizbullah hərəkatı Livan ərazisinə qurudan hücuma başlasa, İsrail ordusunu məğlub edəcək.
Redaktor.az xəbər verir ki, bunu Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalına açıqlamasında Hizbullah siyasi şurasının üzvü Mahmud Kamati deyib.
“İşğalçı qüvvələr qurudan hücuma başlamaq qərarına gəlsələr, biz onları məğlub edəcəyik. Döyüş şiddətlənərsə, müttəfiqlərimiz müdaxilə edəcək”, - o bildirib.
Bundan əvvəl NBC telekanalı mənbəyə istinadən xəbər vermişdi ki, İsrailin Livandakı quru əməliyyatı sentyabrın 30-da başlaya bilər və çox güman ki, bir neçə gün davam edəcək.
Turan İSMAYIL