ABŞ Yaxın Şərqə minlərlə əsgər GÖNDƏRİR

 09:44 01.10.2024     272

İsrailin şiə Hizbullah hərəkatına hücumları fonunda ABŞ Yaxın Şərqə əlavə 2-3 min əsgər göndərir.

Redaktor.az bu barədə "The New York Times" məlumat yayıb .

Məlumata görə, Pentaqon rəsmiləri əlavə qüvvələrin artıq bölgədə olan 40 000 ABŞ əsgərinin təhlükəsizliyini gücləndirəcəyini bildiriblər. Onlar ABŞ-nin bölgəyə F-15, F-16 və F-22 döyüş təyyarələri, eləcə də A-10 döyüş təyyarələri göndərəcəyini təsdiqləyiblər.

Bundan əvvəl ABŞ və İsrail Müdafiə Departamentlərinin rəhbərləri Lloyd Ostin və Yoav Qalant arasında telefon danışığı olub və onlar Livandakı əməliyyatla bağlı razılığa gəliblər.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən