Yaponiyada yeni baş nazir SEÇİLDİ
Yaponiyada hakim Liberal-Demokratik Partiyasının sədri Siqeru isiba ölkənin yeni Baş naziri seçilib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya parlamentində keçirilən səsvermə zamanı deputatların əksəriyyəti İsibanın lehinə səs verib.
Bununla da, o, ölkəsinin sayca 102-ci baş naziri olub.
67 yaşlı siyasətçi yaxın saatlarda hökuməti formalaşdıracaq.