Fransa Ukraynaya qoşun göndərə bilər

 09:48 01.10.2024     97

Fransa Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etmir.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad deyib.

“Fransa Prezidenti Emmanuel Makron dedi ki, biz heç nəyi nəzərdən qaçırmamalıyıq. Biz xüsusilə təlim missiyaları keçirməyi düşünməliyik. Bu, bizim müttəfiqlərimizlə aparmalı olduğumuz müzakirədir.

Parisin Ukraynaya quru qoşunlarının göndərilməsinin istisna olunmayacağı ilə bağlı mövqeyinin qalıb-qalmaması ilə bağlı suala Haddad müsbət cavab verib. O, həmçinin Kiyevi Rusiya hədəflərinə qarşı hücumlar üçün uzaqmənzilli raketlərlə təmin etməyi zəruri hesab edib.

Sevinc İBRAHİMZADƏ