Livan ordusu geri çəkildiyini inkar ETDİ

 10:21 01.10.2024     81

Livan qüvvələri İsrail ordusunun reydləri başlayandan bəri İsraillə sərhəddən geri çəkildiyini inkar edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladığını elan edib. Ordu Livanın cənubundakı Hizbullah terror hədəflərinə və infrastrukturuna qarşı məhdud, lokallaşdırılmış və hədəflənmiş quru reydlərinə başlayıb. Hədəflər sərhədə yaxın kəndlərdə yerləşir və buna görə də İsrailin şimalındakı məskunlaşan ərazilər üçün təhlükə yaradır.

Türkan İSGƏNDƏRLİ