Mişustin Paşinyanla görüşdü

 10:57 01.10.2024     51

Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda keçirilən Avrasiya İqtisadi Forumuna gəlib və onu Ermənistanın Baş naziri Nikol Paşinyan qarşılayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, forumda bütün Aİİ ölkələrinin baş nazirləri ittifaq çərçivəsində iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrini nəzərdən keçirəcəklər.

Sevinc İBRAHİMZADƏ