NATO-nun yeni baş katibi ABŞ seçkilərindən DANIŞDI

 13:19 01.10.2024     61

Şimali Atlantika Alyansının yeni baş katibi vəzifəsinin icrasına başlayan Mark Rutte ABŞ seçkilərindən danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrindən narahat deyiləm. Mən Kamala Harris və Donald Trampı çox yaxşı tanıyıram. Hansı namizəd seçilərsə, onunla işləməyə hazıram", -  deyə NATO baş katibi qeyd edib.

Rutte əlavə edib ki, o, beynəlxalq təhlükəsizlik üzrə bütün məsələlərə baxmağa hazırdır.

Türkan İSGƏNDƏRLİ