Cənubi Koreya yeni ballistik raketini nümayiş etdirdi

 17:17 01.10.2024     111

Cənubi Koreya Silahlı Qüvvələr Günü mərasimlərində Şimali Koreyaya qarşı istifadə olunacaq ən güclü ballistik raketini təqdim edib.

Redaktor.az xəbər verir ki, Cənubi Koreya ilk dəfə raketi haqqında məlumat açıqlayıb.

Sərgidə 340 ədəd hərbi texnika və silah sistemi təqdim olunub. Ballistik raket Şimali Koreyaya yönəlib və bu ölkənin nüvə arsenalını gücləndirmək üçün atdığı addımlara cavabdır.

Cənubi Koreyanın yeni ballistik raketi ilə bağlı təfərrüatlar azdır. Məlumdur ki, 8 tonluq şərti döyüş başlığı daşıya bilən və yerin dərinliklərinə nüfuz edə bilən "Hyunmoo-5" adlı inkişaf var.

Sevinc İBRAHİMZADƏ