BMT Ukraynada məcburi səfərbərlik məsələsini araşdırır

 17:35 01.10.2024     294

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada məcburi səfərbərliklə bağlı vəziyyəti diqqətlə izləyir.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı nümayəndəsi Daniel Bell bildirib.

Onun sözlərinə görə, hesabatda bu mövzunun olmamasına baxmayaraq, Ukraynada hərbi xidmətə çağırış BMT missiyasının diqqət mərkəzindədir.

“Bizim komandamız səfərbərlik zamanı sui-istifadə və digər problemlər barədə məlumat aldıqda vəziyyəti izləyir. Bu indiyə qədər görmədiyimiz işgəncə hallarıdır”, - deyə Bell qeyd edib.

Məlumat üçün bildirək ki, 800 minə yaxın kişi qaçılmaz səfərbərlik qorxusu səbəbindən Ukraynanın ictimai və iş həyatından yoxa çıxıb.

Türkan İSGƏNDƏRLİ

 

Vumart və Güvən reklamı Vumart Güvən