Ərdoğan Netanyahunu Hitlerə BƏNZƏTDİ

 17:50 01.10.2024     138

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 28-ci Dövrün 3-cü Qanunvericilik İlinin Açılış Toplantısında iştirak edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Ərdoğan çıxışında İsrailə xəbərdarlıq edib:

"Netanyahu adlı bir Hitlerin hakimiyyəti altında olan İsrail dövləti son 51 həftə ərzində ehtiyatsızlıqdan bəşəriyyətə qarşı bütün cinayətləri törədib. İnsanlığa qarşı törədilə bilən bütün cinayətlər, o cümlədən soyqırım, qırğın, irqçilik, ayrı-seçkilik, təqib, zorlama, işgəncə, etnik təmizləmə, jurnalistlərin öldürülməsi, ifadə azadlığının məhv edilməsi, ibadət yerlərinin, xəstəxanaların, məktəblərin bombalanması kimi cinayətlər dəfələrlə törədilib. Kin və nifrətlə idarə olunan bir qətl şəbəkəsinin əlində Qəzza 42 min günahsız insanın qətlə yetirildiyi böyük bir qırğın düşərgəsinə çevrildi". 

İsrailə xəbərdarlıq edən Türkiyə lideri onu da vurğulayıb ki, “Livana qurudan hücum əməliyyatının nəticələri keçmişdəki işğallara bənzəməyəcək”.