Olaf Şolts Putinlə görüşmək istəyir
Almaniya kansleri Olaf Şolts yaxın həftələrdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı vasitəsilə əlaqə qurmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.
Məlumata görə, Şolts bu ilin noyabrında Braziliyada keçiriləcək G20 sammiti öncəsi telefon danışığı aparmaq imkanını nəzərdən keçirir. Hələlik Almaniya tərəfi danışıqların aparılması üçün rəsmi müraciət etməyib. Əgər bu baş verərsə, kansler böyük Qərb gücündən bir il yarımdan çox müddətdə Putinlə birbaşa danışan ilk lider olacaq.
Türkan İSGƏNDƏRLİ