BMT-nin baş katibi çağırış etdi: Təmkinli olun

 19:22 01.10.2024     71

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoni Quterreş Livanda artan gərginlikdən dərin narahat olub və dərhal mötədilliyə çağırıb.

Redaktor.az xəbər verir ki, BMT sözçüsü İsrailin Livana hücumları nəticəsində artan gərginliklə bağlı yazılı açıqlama verib.

Açıqlamada Quterreşin bu gün səhər saatlarında Livanın baş naziri Necip Mikati ilə telefon danışığı etdiyi və baş katibin baş nazirə "Bütün BMT sistemi Livanı dəstəkləməyə hazırdır" dediyi bildirilib.

Seymur BƏNNAYEV