Livandan Təl-Əvivə doğru atılan raketlərin bəziləri məhv EDİLDİ

 21:12 01.10.2024     99

Livanın cənubundan İsrailin Təl-Əviv şəhərinə raketlər atılıb. Atılan raketlər Fələstinin Ramallah şəhərindən görübüb. Raketlərin bir hissəsi İsrailin hava hücumundan müdafiə sistemi "dəmir qübbə" tərəfindən məhv edilib.

Redaktor.az xəbər verir ki, İsrail ordusu ölkənin mərkəzi hissəsinin və Təl-Əviv bölgəsinin sakinlərini sığınacaqlara yaxın olmağa çağırıb.

Atılan raketin havada məhv edildiyi bildirilib. Tel-Əviv bölgəsinin sakinlərinə silsilə xəbərdarlıqlar edilib.

Tel-Əviv sakinlərindən sığınacaqlara yaxın ərazilərdə qalmaları və lazım olmadıqca çölə çıxmamaları istənilib.

Seymur BƏNNAYEV