Təl-Əvivdə silahlı hücum: Ölənlər var

 22:35 01.10.2024     125

İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffa şəhərində silahlı hücum nəticəsində azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yer alıb.

Hadisə yerinə çoxlu sayda polis məmuru və təcili yardım maşınları göndərilib. Polis hücumun terror aktı olduğundan şübhələndiyini açıqlayıb.

Məlumatda hücumun ən azı iki nəfər tərəfindən həyata keçirildiyi və hər iki hücumçunun öldürüldüyü bildirilib.

Seymur BƏNNAYEV