İranın "Fəttah" hipersonik raketləri ilk dəfə İsrailin "Arrow" sistemlərini məhv edib - KİV

 23:07 01.10.2024     152

İranın “Fəttah” hipersəs raketləri ilk dəfə İsrailin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın IRIB telekanalının yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bu axşam İran silahlı qüvvələri ali dini lider Ayətullah Əli xameneinin göstərişi ilə İsraili raket atəşinə tutub. Son məlumatlara görə, İsrail ərazisinə 500-ə qədər raket atılıb. 

"Tasnim" agentliyi qeyd edib ki, İran İsrailin Nevatim aviabazasına zərbələr endirib və nəticədə 20-dən çox F-35 qırıcı təyyarə məhv edilib.

İsrail ordusunun son açıqlamasına görə hazırda İranın raket atəşi kəsilib.

Turan İSMAYIL