Hava qüvvələrinin döyüş qabiliyyətinə zərər dəyməyib - İsrail

 23:24 01.10.2024     117

İranın raket hücumu İsrailə ciddi ziyan vurmayıb, ölkənin hərbi hava qüvvələrinin döyüş qabiliyyətinə də toxunulmayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Anna Ukolova bildirib.

“Hava hücumundan müdafiə sistemlərinin işləməsi sayəsində İsrailin mərkəzində və cənubunda bəzi zərbələr olub, lakin İran tərəfdən çoxlu xəbərlər var, buna görə də vurğulamaq lazımdır ki, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib", - deyə o, öz teleqram kanalında bildirib.

Xatırladaq ki, İran mediası mənbələrə əsasən xəbər yayıb ki, İranın İsrail hərbi aviabazasına raket hücumu zamanı 20-dən çox F-35 təyyarəsi məhv edilib.

Turan İSMAYIL