Netanyahunun ofisi İranın İsrailə 180 raket atdığını AÇIQLADI

 23:30 01.10.2024     113

İran İsrailə 180-ə yaxın raket atıb, onların əksəriyyəti ələ keçirilib.

Redaktor.az xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

“Bu gecə İran İsrailə 180-ə yaxın ballistik raket atıb”, - deyə o, öz "Telegram" kanalında yazıb.

Gendelman İsrailin “həm müdafiə, həm də hücum baxımından istənilən ssenariyə hazır olduğunu” vurğulayıb. "Bizə zərər vurmaq istəyən və ya planlaşdıran hər kəsə zərbə endirəcəyik", - deyə xəbərdarlıq edib.

Turan İSMAYIL