İran raketlərinin 90%-i İsraildəki hədəfləri uğurla vurub - SEPAH

 23:36 01.10.2024     108

İrandan İsrailə atılan raketlərin ən azı 90%-i hədəflərinə çatıb.

Redaktor.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bildirib.

“İsrail ərazisinin ən müasir və güclü hava hücumundan müdafiə sistemləri ilə mühafizə olunmasına baxmayaraq, mərmilərin 90%-i hədəflərini uğurla vurub və sionist rejimi (İsrail rejimi nəzərdə tutulur - red.) İslam Respublikasının kəşfiyyat və əməliyyat potensialının gücündən qorxuya düşüb”, - ISNA SEPAH-ın bəyanatından sitat gətirib.

Turan İSMAYIL