"İrandan İsrailə hücumla bağlı xəbərdarlıq almamışıq" - ABŞ rəsmisi

 23:52 01.10.2024     250

ABŞ Dövlət Departamenti iddia edir ki, İran İsrailə qarşı gözlənilən kütləvi raket hücumu ilə bağlı ABŞ-yə xəbərdarlıq etməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Amerikanın xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Bu, tamamilə doğru deyil. Onların belə bir hücuma hazırlaşdıqlarına dair heç bir xəbərdarlıq almamışıq", - deyə o, suala cavab verib. Bundan əvvəl "Reuters" agentliyi İran rəsmisinə istinadən xəbər vermişdi ki, İran diplomatik kanallar vasitəsilə ABŞ-ni İsrail ərazisinə gözlənilən raket hücumu ilə bağlı xəbərdar edib.

Miller əlavə edib ki, Vaşinqton hücum nəticəsində Amerika obyektlərinə dəyən ziyandan xəbərsizdir.

“Hazırda ABŞ obyektlərinə hər hansı ziyan dəyməsi barədə məlumatımız yoxdur”, - o deyib.

Turan İSMAYIL