İran İsrailə raket hücumunun başa çatdığını elan ETDİ

 01:54 02.10.2024     70

İranın İsrailə raket hücumu başa çatıb, lakin İsrail cavab verərsə, yeni hücum "daha güclü və daha sarsıdıcı" olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 1-də axşam saatlarında İran ordusu İsrail ərazisinə yüzlərlə raket atıb. İlkin məlumatlara görə, hərbi aviabazanın vurulması nəticəsində İsrailin 20-dən çox F-35 hərbi təyyarəsi məhv edilib.