ABŞ İsrailin cavabını DƏSTƏKLƏYİR

 10:14 02.10.2024     162

ABŞ İsrail ordusunun İranın hücumuna təmkinli cavabını dəstəklədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden administrasiyası ilə İsrail hökuməti arasında aparılan danışıqlar zamanı ABŞ İsrailin cavabını dəstəklədiyini, lakin bunun təmkinlə həyata keçirilməli olduğuna inandığını açıqlayıb. 

Qeyd edilir ki, İsrail cavab olaraq İranın növbəti hücumunun qarşısını almaq üçün ABŞ-dən daha çox döyüş sursatı və  başqa növ əməliyyat dəstəyi tələb edəcək.

Türkan İSGƏNDƏRLİ