Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş VERDİ
![](https://img.redaktor.az/news/2024/10/photo_255998.jpg)
Gecə saatlarında Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
4,3 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 03:38-də sərhəddən 4 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Sevinc İBRAHİMZADƏ