Bu ölkələrin hava yolları bağlandı
Üç ölkənin - İran , İraq və İsrailin münaqişəsi nəticəsində hava yolları bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verir.
Partlayış Rusiya aviaşirkətlərinə də təsir edib. Belə ki, Təl-Əvivə uçan təyyarə Soçiyə qayıtmadan əvvəl Şarm əl-Şeyxə enib. Həmin aviaşirkətin Moskvadan Təl-Əvivə reysi təxirə salınıb. Oxşar hallar digər aviaşirkətlərdə də müşahidə olunur.
Xatırladaq ki, oktyabrın 1-i axşam İran İsrailə 500-ə yaxın ballistik raket atıb.
Türkan İSGƏNDƏRLİ