Tayvanda beynəlxalq reyslər təxirə salındı

 11:35 02.10.2024     98

Bu gün günorta saatlarında Tayvanın cənub sahillərini "Krathon" tayfununun vurması gözlənilir. 

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tayfunun sürətinin saatda 198 kilometrə çatması ehtimal olunur. Bu səbəbdən Tayvanda fövqəladə hallara hazırlıq davam edir.

Bildirilib ki, yaxınlaşan şiddətli qasırğaya görə bütün daxili uçuşlar ləğv edilib, beynəlxalq reyslər də təxirə salınıb.

Sevinc İBRAHİMZADƏ