"Kiyev hərbi sənayeyə 4 milyard dollar sərmayə qoyub" - Nazir

 11:59 02.10.2024     137

Kiyev pilotsuz uçuş aparatlarının və ballistik raketlərin istehsalını artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov məlumat verib.

“Bizim prioritetimiz yerli pilotsuz uçuş aparatlarının və uzaqmənzilli silahların, o cümlədən ballistik raketlərin inkişafıdır", - o deyib.

Umerov Kiyevin ölkə sənayesinin inkişafına 4 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Ukrayna tərəfi 2025-ci ildə maliyyələşdirməni artırmağı planlaşdırır.

Onun sözlərinə görə, müdafiə nazirliyi hərbi sənayeni inkişaf etdirmək üçün birgə müəssisələr yaratmağa xarici müttəfiqləri cəlb edir. O, silah istehsalına dair çoxillik müqavilələrin imzalanmasını əməkdaşlığın mühüm hissəsi kimi xarakterizə edib.

Sevinc İBRAHİMZADƏ