İranın müdafiə nazirindən regionda böyük müharibə ilə bağlı XƏBƏRDARLIQ
İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə Yaxın Şərq regionunda böyük müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
O bildirib ki, Avropa İsrailə nəzarət etməlidir.
"Əks halda İranın cavabı ilə üzləşəcək və region böyük müharibəyə başlayacaq", - deyə Əziz Nəsirzadə xəbərdarlıq edib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.