Paşinyan onlara xəyanət ETDİ

 13:37 02.10.2024     116

“Bu gün Paşinyanın partiyasının Qarabağ ermənilərinin yanında olmadığı bir daha təsdiqləndi”

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin müxalif deputatı Artsvik Minasyan söyləyib.

Erməni deputat bu gün yerli parlamentdə Qarabağ sakinləri olduğu iddia edilən şəxslərin yaşayış şəraitini öyrənmək üçün istintaq komissiyasının yaradılması ilə bağlı qanun layihəsinin iqtidar fraksiyası tərəfindən rədd olunmasını xəyanət hesab edib.

“Bu, ermənilər üçün göstərici olmalıdır”, - deyə revanşist Minasyan deyib.