"Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük" - Mirzoyan

 14:55 02.10.2024     80

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir.

Redaktor.az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır”, - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil:

“Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”.