İsrail ordusu Livanda xüsusi təyinatlıların ilk görüntülərini nümayiş etdirdi

 14:57 02.10.2024     88

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti ilk dəfə olaraq Livanın cənubunda İsrail xüsusi təyinatlıları və desantlarının şiə Hizbullah hərəkatının qüvvələrinə qarşı hərəkətlərini əks etdirən videogörüntülər yayıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Terrorçuların məhv edilməsi və “Hizbullah”ın döyüş hissələrinin məhvi Livanın cənubunda komandoların və paraşütçülərin hərəkətləri haqqında ilk video sənədlər”, - nəşrin izahatında deyilir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail şiə "Hizbullah" hərəkatının birləşmələrinə qarşı "Şimalın oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirir.

Turan İSMAYIL