İlon Mask dron istehsalına başlayacaq
"Tesla"nın baş direktoru İlon Mask pilotsuz uçuş aparatları (PUA) istehsalı sahəsinə girmə ehtimalı var.
Redaktor.az xəbər verir ki, bunu "Teslarati" portalı bildirib.
Məlumata görə, "Tesla" robototexnika və süni intellektin kəsişməsindədir və avtomobillər şirkətin təzahürlərindən yalnız biridir. Çinin dronlar üzrə Ginnesin Rekordlar Kitabına düşməsi fonunda Mask sosial mediada qeyd edib ki, ABŞ və Çinin hazırkı dron istehsal imkanları çox fərqlidir.
Bildirilib ki, Mask investorlarla görüşündə təyyarə və qayıqların elektrikləşdirilməsindən də danışıb və dünyada nəqliyyatın tam elektrikləşdirilməsi istiqamətində dəyişikliyin olduğunu vurğulayıb.
Sevinc İBRAHİMZADƏ