Macarıstan Aİ-nin bu qərarını dəstəkləmir

 17:37 02.10.2024     66

Macarıstan Aİ-nin Ukraynaya hərbi məsləhətçilər və təlimatçılar göndərmək planını dəstəkləməyəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Peter Siyerto deyib.

Onun sözlərinə görə, Aİ 2022-ci ilin noyabrında üzv dövlətlərin ərazisində ukraynalı hərbçilərin təliminə başlamaq barədə qərar qəbul edib, lakin hazırda koordinasiya tapşırıqları üçün Ukraynaya hərbi müşavirlərin göndərilməsi gündəmdədir.

"Təəssüf ki, bu təhlükəli təklifdir. Fikrimizcə, bu, müharibənin eskalasiyası və bununla da onun daha da genişlənməsi riskini xeyli artıracaq. Bu, bizim üçün, Macarıstan üçün də təhlükəlidir, çünki münaqişə kəskinləşəndə ​​həmişə bizə də təsir edir. Biz bu təklifə təsdiqəmirik”, - nazir qeyd edib.

Türkan İSGƏNDƏRLİ